İmmiqrasiya sülhə təhdiddir

15.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İmmiqrasiya qlobal problemdir və beynəlxalq sülh və təhlükəsizliyə potensial təhdid yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bunu TASS-a Uqandanın BMT-dəki keçmiş daimi nümayəndəsi və BMT-nin baş katibi vəzifəsinə namizəd Olara Otunnu bildirib.

Onun sözlərinə görə, BMT beynəlxalq ictimaiyyətə immiqrasiya məsələsində yeni baxış formalaşdırmağa və konsensusa nail olmağa kömək etməlidir.

“Belə bir siyasət maneəsiz və humanist olmalı, eyni zamanda milli təhlükəsizlik və suverenlik məsələlərini də nəzərə almalıdır. BMT bunu özünün əsas prioritetlərindən biri etməlidir”, – deyə Otunnu vurğulayıb.

Diplomat qeyd edib ki, BMT-nin baş katibi təşkilatın Nizamnaməsinin prinsiplərinə və üzv dövlətlərin dəstəyinə əsaslanan mənəvi nüfuzundan fəal şəkildə istifadə etməlidir.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью