İmmobile üç il sonra bunu bacardı

26.04.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Beşiktaş" Türkiyə Super Liqasında "Hatayspor"u məğlub edib – 5:1. Sport24.az xəbər verir ki, "qara qartallar"ın hücumçusu Çiro İmmobile matçda üç qol vurub.

İtaliyalı forvard karyerasında 3 il sonra het-trikə imza atıb.

İmmobile sonuncu dəfə "Latsio"da çıxış edən zaman 2022-ci ildə "Cenoa" ilə matçda üç qol vurmuşdu.

Forvard bu mövsüm 37 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью