Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alimlər tibbdə ən sirli mövzulardan birini araşdırıblar: İnsanı qorumaq üçün hazırlanmış immun sisteminin birdən-birə öz toxumalarına necə hücum etməyə başlaya biləcəyi açılmamış sirlərdən biridir.
“Cebheinfo.az” xəbər verir ki, alimlərin işlərinin nəticələri “Nature Reviews Immunology” jurnalında dərc edilib.
Milli Səhiyyə İnstitutları və Con Hopkins Universiteti kimi aparıcı qurumların laboratoriyalarında tədqiqatçılar ən qabaqcıl üsullardan - lazer mikroskopiyası, flüoresan etiketləmə və siçan modellərinin generasiyasından istifadə ediblər. Məsələn, bir təcrübədə T hüceyrələrinin (qırmızı ilə işarələnmiş) mədəaltı vəzinin beta hüceyrələrinə necə hücum etdiyini, "sülhməramlıların" - tənzimləyici hüceyrələrin (sarı ilə işarələnmiş) isə müdaxilə edə bilmədiyi müşahidə olunub.
Başqa bir təcrübə göstərib ki, ağ qan hüceyrəsi növü olan neytrofillər təkcə bədəni qorumur, həm də zədələnmiş toxuma və ya şiş hüceyrələrinə siqnallar ötürə bilir. Bununla da otoimmun və ya onkoloji reaksiyalara səbəb ola bilər.
Tədqiqatçılar vurğulayırlar ki, bu, sadəcə sadə bir kəşf deyil, həm də anlayışda dəyişiklikdir. Artıq onlar yalnız immunitet sistemini “boğan” dərmanlar deyil, həm də bədənin müdafiə sistemini yenidən quran terapiyalar hazırlaya bilərlər. İş əsasən heyvan və hüceyrə sistemləri üzərində aparılsa da, bu, otoimmün xəstəliklərin hədəflənmiş müalicəsi və yan təsirlərin azaldılması istiqamətində ilk addım ola bilər.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin