İmmuniteti gücləndirən səkkiz tərəvəz...

29.11.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

C vitamini ilə zəngin tərəvəzlər insanın immunitetini gücləndirməyə kömək edir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Health" portalı məlumat yayıb.

Məqalənin müəllifləri bildiriblər ki, bu cür tərəvəzlərə bolqar bibəri daxildir. Bununla yanaşı, qırmızı, narıncı və sarı bibərlərdə C vitamininin miqdarı yaşıl bibərlə müqayisədə daha çoxdur. Brüssel kələmi, brokoli və qırmızı kələm də bu vitaminlə zəngindir.

Bundan əlavə, yarpaq xardalı, kale kələmi, qırmızı kartof və yarpaq yem kələmi də yüksək C vitamini tərkibi ilə seçilir. Portalın məlumatına görə, bu tərəvəzləri omletə, salatlara, smuzilərə, şorbalara və ya tərəvəzli yeməklərə əlavə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью