İmmuniteti möhkəmləndirmək vaxtıdır! EFFEKTLİ TƏBİİ QARIŞIQ

14.10.2026

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Payız və yazda immun sistemini möhkəmləndirmək olduqca vacibdir. Bu müxtəlif virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır.

Saglamolun.az oxucularına immun sistemini möhkəmləndirmək üçün çox effektli təbii qarışığın reseptini təqdim edir.

200 qr zəncəfil, 2 limon, 1 stəkan duru bal götürülür. Zəncəfil soyulur, doğranılır, blenderdən keçirilir. Limon yuyulur, 2 hissəyə bölünür, çəyirdəkləri çıxarılır, blenderdən keçirilir. Zəncəfil limonla qarışdırılır, bal əlavə olunur, yaxşı qarışdırılır.

Bu qarışığı soyuducuda saxlayın, gündə 3 dəfə 1 ç.q. olmaqla yeməkdən əvvəl qəbul edin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью