İmperator Qarabağın bazasına gəldi VİDEO

17.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycanda səfərdə olan türkiyəli tanınmış mütəxəssis Fatih Terim, "Qalatasaray"ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov "Qarabağ" klubunun bazasını ziyarət edib.

Milli.Az bildirir ki, qonaqlar ilk olaraq komandanın məşqini izləyib və baş məşqçisi Qurban Qurbanov ilə görüşüb.

Sonra Azərbaycan çempionunun baş direktoru Emrah Çelikel ilə görüşən tanınmış mütəxəssis Fatih Terimə və "Qalatasaray"ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda klubun adından xüsusi hədiyyə təqdim edilib.

Sonda xatirə fotosu çəkilib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью