İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar

20.10.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Oktyabrın 19-da səhər saatlarında, Parisdəki dünya şöhrətli Luvr muzeyində oğurluq olub.
Reyting.az
-ın məlumatına görə, dörd naməlum şəxs iki skuterlə muzeyə yaxınlaşıb və pəncərəni sındırdıqdan sonra Apollon qalereyasına daxil olublar. Yeddi dəqiqə ərzində onlar Fransa imperatorlarına məxsus doqquz qiymətli əşyanı - bəzək dəstlərini, tacları, sırğaları, qədim və çox qiymətli broşu oğurlayaraq qaçıblar.
Hadisə zamanı xəsarət alan olmayıb. Bu oğurluq hadisəsi ilə bağlı açıqlama verən Fransanın Mədəniyyət naziri Raşida Dati oğurlanmış bütün əşyaları "qiymətsiz irs" adlandırıb.
Muzeydəki oğurluqdan qısa müddət sonra imperatriça Yevgeniyaya məxsus tac yaxınlıqda tapılıb, lakin qiymətli tacın zədələnmiş vəziyyətdə olduğu bildirilib.
Sonradan daha bir oğurlanmış əşyanın da tapıldığı təsdiq edilib.
Paris polisi hadisə yerindən şlif maşınları, pərçimləmə alətləri, saxta işçi geyimləri aşkarlayıb.
Luvr rəhbərliyi dünya şöhrətli bu məşhur muzeyin texniki problemlər yaşadığını və elə bu səbəbdən təhlükəsizlik sisteminin yenidən təkmilləşdirilməsinə çox böyük ehtiyac olduğunu bildirib.




Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью