Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Paraqvayda baş verən siyasi və maliyyə böhranının ardından Vitse-prezident Pedro Alyana ölkənin yeni prezidenti kimi Senatda and içib.
“Qafqazinfo” xəbər verir ki, 52 yaşlı mühafizəkar siyasətçi bank skandalı və pensiya fondlarının mənimsənilməsi ittihamları ilə vəzifəsindən uzaqlaşdırılan Santyaqo Penyanı əvəz edib.
Asunsionda təşkil edilən rəsmi mərasimdə Pedro Alyana prezidentlik rəmzini (əsasını) qəbul edərək vəzifəsinin icrasına başlayıb. Hadisələr “Ueno” rəqəmsal kredit təşkilatının müflisləşərək çökməsi və Prezident Santyaqo Penyanın vəzifəsini lazımi səviyyədə yerinə yetirməməkdə təqsirli bilinərək impiçment olunmasından sonra cərəyan edib.
Qeyd edək ki, Penya impiçmentdən sonra isə prokurorluq tərəfindən ev dustaqlığına alınıb.