İmran Xan azadlığa buraxıldı | Icma.az
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və "Təhrik-i-İnsaf" ("Ədalət naminə hərəkat") müxalifət partiyasının qurucusu İmran Xanı girov qarşılığında azadlığa buraxıb.
Sfera.az-ın xəbərinə görə, bu barədə "Dawn" qəzeti məlumat verib.
Məlumata görə, məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.
Xatırladaq ki, keçmiş baş nazir və onun həyat yoldaşı Buşra Bibi iyulun 13-də həbs ediliblər.
Daha sonra Buşra Bibi girov müqabilində azadlığa çıxa bilsə də, İmran Xanın həbsinin davam etməsinə qərar verilib.
Qeyd edək ki, İmran Xan və Buşra Bibinin həbs olunmaları onların xarici hədiyyələri qeyri-qanuni satmaları ilə bağlıdır.
Hədiyyələr arasında 7 ədəd "Graff" və "Rolex" saatları, o cümlədən 10 ədəd brilyant və qızıldan ibarət zinət əşyaları da var.
Tam oxu
Xəbəri oxu