İmran Xana görə canlı yayımda dava: siyasətçilər bir birini döydü

23.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Pakistanda canlı yayımlanan proqramda iki siyasətçi dava edib.

Publika.az xəbər verir ki, “Bol” xəbər kanalında Fizza Əlinin moderatorluğu ilə keçirilən proqramda "Pakistan Ədalət Hərəkatı"ndan Naeem Haider Panjutha və "Pakistan Müsəlman Liqası - Navaz"dan İxtiyar Vəli Xan arasında ölkənin keçmiş baş naziri İmran Xanla bağlı müzakirə davaya çevrilib.

Siyasətçilər bir-birlərini ağır şəkildə təhqir ediblər. Vəli Xan Panjuthanın boğazından yapışıb. Panjutha ona cavab verəndə studiyada çaşqınlıq yaranıb. Onları ayırmaq üçün kanalın əməkdaşları müdaxilə ediblər.

Aysel Şahmar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью