İmran Xanın bacısı da həbs edildi

20.09.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Pakistanın keçmiş Baş naziri İmran Xanın bacısı Əlimə Xan Lahordakı evində polis tərəfindən həbs edilib.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pakistan Təhriki-e-İnsaf (PTI) partiyasının Pəncab üzrə sözçüsü məlumat verib.
Həbs partiyanın sentyabrın 27-də keçmiş baş nazir İmran Xana dəstək məqsədilə planlaşdırdığı etiraz yürüşü ərəfəsində baş verib.
Hökumət və polis rəsmiləri də həbsin səbəbləri ilə bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. O, dövlət hədiyyələrinin qanunsuz satışı ilə bağlı iş üzrə üç il müddətinə azadlıqdan məhrum edilib. İstintaq orqanları onun 2018–2022-ci illərdə baş nazir olduğu dövrdə xarici hökumətlərdən alınan dövlət hədiyyələrini qanunsuz əldə edib satdığını iddia edir. İmran Xan isə ittihamları rədd edir.
Keçmiş baş nazir 2022-ci ilin aprelində parlamentdə keçirilən etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra ona qarşı korrupsiya, dövlət sirlərinin yayılması və qanunsuz nikahla bağlı bir sıra cinayət işləri açılıb.
2024-cü ilin yanvarında İmran Xan dövlət sirlərini yaymaq ittihamı üzrə 10 il, 2025-ci ilin yanvarında isə Əl-Qədir Fondu işi çərçivəsində 14 il həbs cəzasına məhkum edilib.
“Reuters”in məlumatına görə, 2026-cı ilin avqustuna qədər Xanın məhkumluqlarından biri istisna olmaqla, digər qərarların icrası dayandırılıb və ya onlar ləğv edilib. Bununla bağlı apellyasiya prosesləri davam edib.
İmran Xanın rəhbərlik etdiyi PTI partiyası onun azadlığa buraxılmasını tələb edir. Sentyabrın 27-nə planlaşdırılan etiraz yürüşü də keçmiş baş nazirə və onun siyasi hərəkatına dəstək məqsədi daşıyır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью