Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Ailə psixoloqu Olqa İvanova bildirib ki, bəzi valideynlər imtahan ərəfəsində övladlarına dəstək olmaq əvəzinə, onlara əlavə təzyiq göstərirlər.
Redaktor.az xəbər verir ki, həkim bu haqda aif.ru-ya danışıb.
Onun sözlərinə görə, ən böyük səhvlərdən biri valideynlərin uşağın deyil, məktəbin tərəfini tutmasıdır. Bu zaman uşaq özünü iki təzyiq arasında hiss edir.
Psixoloq qeyd edib ki, “Dincəlməyə haqqın yoxdur” və ya “Keçməsən, heç nəyə nail olmayacaqsan” kimi ifadələr uşağın narahatlığını daha da artırır. Bunun əvəzinə valideynlər övladlarına dəstək olduqlarını hiss etdirməlidirlər.
Mütəxəssis həmçinin vurğulayıb ki, valideynlərin öz həyəcanlarını uşaqlara ötürməsi, davamlı olaraq imtahana hazır olub-olmadığını soruşması və stress əlamətlərini görməzlikdən gəlməsi vəziyyəti daha da ağırlaşdırır.
Psixoloqun fikrincə, imtahan dövründə uşaqlara nəzarətdən çox anlayış və dəstək lazımdır.
Aytəkin TOFİQQIZI