Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Nəzarətçilərin təhsil səviyyəsi üzrə göstəricilər imtahan prosesində peşəkarlığın artdığını göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.
Onun sözlərinə görə, nəzarətçilər bazasının 88,8 faizi ali təhsillidir. Təqdim olunan məlumata əsasən, nəzarətçilərin 75 faizi bakalavr təhsilli, 13,8 faizi magistr və daha yüksək elmi dərəcəyə malik şəxslərdən ibarətdir. Orta ixtisas təhsilli nəzarətçilərin payı isə 11,2 faiz təşkil edir.
Adıgözəl Həbibov bildirib ki, magistr və yuxarı elmi dərəcəli nəzarətçilərin sayı əvvəlki illərlə müqayisədə artım nümayiş etdirir. Belə ki, bu göstərici 2022-ci illə müqayisədə 6,8 faiz, 2023-cü illə müqayisədə 4,5 faiz, 2024-cü illə müqayisədə isə 1,9 faiz artıb.
Şöbə müdiri vurğulayıb ki, nəzarətçilərin təhsil səviyyəsinin yüksəlməsi imtahanların daha keyfiyyətli, şəffaf və effektiv keçirilməsinə mühüm töhfə verir.
Zeynəb Rzayeva