“İmtahan rəhbərləri və zal nəzarətçiləri təhsilin keyfiyyətini yüksəldir” Məleykə Abbaszadə

04.02.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Dövlət İmtahan Mərkəzində imtahanların təşkili və idarə olunmasında imtahan rəhbərləri və zal nəzarətçilərinin rolu əvəzsizdir. Onların gördüyü iş yalnız imtahanların düzgün aparılmasını təmin etmir, həm də təhsil sistemində keyfiyyətin artırılmasına xidmət edir”.

SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və nəzarətçilərinin mükafatlandırılması tədbirində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Mərkəzin fəaliyyətində ictimai iştirakçılıq prinsiplərinin tətbiqi vacibdir və müxtəlif qurumların, elm-təhsil müəssisələrinin nümayəndələrinin bu prosesdə fəal iştirakı əhəmiyyətlidir: “İmtahan rəhbərləri və zal nəzarətçiləri yalnız peşəkarlıqla öz vəzifələrini yerinə yetirmir, həm də daha bacarıqlı şəxslərin seçilməsində mühüm rol oynayırlar. Bu işin uğurla həyata keçirilməsində öz köməyini əsirgəməyən hər kəsə DİM kollektivi adından təşəkkür edirəm”.

Sədr həmçinin bildirib ki, ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə cəlb edilməsi məqsədilə zal nəzarətçilərinin sertifikatlaşdırılması layihəsi davam edir: “Bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 2935 namizəd müraciət edib və marağın yüksək olması layihənin əhəmiyyətini göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью