525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hazırda imtahan sistemində rəqəmsallaşdırma istiqamətində addımlar atılır. Kiçik həcmli imtahanların bir qismi artıq bu tətbiq vasitəsilə yoxlanılır. Həm Elm və Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi bu prosesi mərhələli şəkildə həyata keçirir. DİM bu istiqamətdə xüsusi inzibati infrastruktur da yaradıb. Rəqəmsal sistem tam tətbiq olunarsa, nəticələr daha qısa müddətdə elan edilə bilər, imtahan mərhələləri arasında vaxt itkisi azalacaq, imtahan təqviminin daha gec aylara keçirilməsi mümkün olacaq".
Bunu təhsil eksperti Ramin Nurəliyev 525.az-a bildirib. O qeyd edib ki, bir sıra inkişaf etmiş ölkələrdə imtahanların may-iyun aylarında keçirilməsi təsadüfi deyil və bu, tövsiyə olunan model hesab olunur:
"Çünki mart ayında buraxılış imtahanı verən şagird tədris ili hələ davam etdiyi halda məktəbə gəlməyi mənasız hesab edə bilər. Eyni zamanda şagirdlərdə dərslərə laqeyd yanaşma, motivasiya azalmasına səbəb ola bilər".
Sevinc Qarayeva