İmtahan vermək üçün qeydiyyatdan keçən taksi sürücülərinin sayı açıqlandı

08.12.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün dekabrın 9-da növbəti imtahan keçirəcək.

Ölkə.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Belə ki, imtahanda iştirak etmək üçün 1704 nəfər qeydiyyatdan keçib.

Qeyd edilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək.

Belə ki, imtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью