İmtahana “ağıllı” saatla girmək istədi, tutuldu

04.05.2025

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, imtahan ümumilikdə 21 şəhər və rayonda 118 binada təşkil olunub.

İlkin məlumatlara əsasən, bir nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью