İmtahana kameralı eynək keçirməyə cəhd etdi əməli ifşa OLUNDU

16.02.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında (1-ci cəhd) 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır.

DİM bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərə çatdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью