İmtahanda 3 nəfər yüksək nticə göstərib

30.05.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticəni göstərib.

Metbuat.az xəbər verir ki, imtahan iştirakçılarından 3 nəfər 95.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri mayın 13-də olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 3 iyun 2025-ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью