İmtahanda bal toplaya bilməyən yeniyetmə intihara cəhd etdi

19.04.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Ağstafada 17 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən parkların birində baş verib. Rayon sakini 2008-ci il təvəllüdlü S.Hacıyeva huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 2008-ci il təvəllüdlü S.Hacıyeva buraxılış imtahanında az bal topladığına görə sirkə turşusu içib. H

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью