İmtahanda şagirdlər necə yoxlanılır? “Dedektor və yüngül fiziki təmas..,” RƏSMİ | Icma.az
Icma.az bildirir, Cebheinfo portalına istinadən. Ölkədə təşkil olunan imtahanlarda şagirdlər, abituriyentlər zala daxil olarkən yoxlanılır.
Əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan bu yoxlama prosesi müxtəlif formada reallaşır.
Qarşıdan buraxılış imtahanları gəlir. Bəzi valideynlər redaksiyamıza müraciətində şagirdin yoxlanışı zamanı fiziki təmasın tətbiqi ilə bağlı
Builki imtahanlarda şagirdlərin yoxlanılması necə həyata keçiriləcək?
Məsələ ilə bağlı DİM-in mətbuat xidmətindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun keçirdiyi imtahanlarda əsas məsələlərdən biri də iştirakçıların bərabər şərtlər altında imtahan vermələrini təmin etməkdir: “Davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.
Təəssüf ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər.
İmtahanlarda qayda pozuntusu kimi daha çox mobil telefonla binaya daxil olmağa cəhd və müxtəlif əyani vəsaitlərdən istifadə hallarına rast gəlinir.
Ona görə də, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən bütün imtahanlarda buraxılış rejimi zamanı imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısını almaq, eyni zamanda imtahanverənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə üst-baş yoxlanılması aparılır.
Tam oxu
Xəbəri oxu