İmtahanlarda pozuntular aşkar edilərək hüquqi tədbirlər görülür DİM

30.07.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dövlət İmtahan Mərkəzi imtahanların şəffaf keçirilməsi üçün tədbirlər görür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.

Onun sözlərinə görə, hər bir imtahandan sonra proses zamanı qaydaları pozanlar barədə ictimaiyyətə məlumat verilir:

“Müəyyən tələb pozuntuları var ki, hüquqi məsuliyyət yaradır. Hazırda texnologiya dövrüdür. İnternetdə elektron vasitələrin satışı həyata keçirilir və abituriyentlər əldə edirlər. Amma bu avadanlıqlarda aşkar olunur və hüquqi tədbirlər görülür. Onların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью