İmtahanlarda təkrar iştirak ödənişli olacaq Agentlik AÇIQLADI

30.01.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) təşkil edilən imtahanlarda iştirak üçün xidməthaqqı tətbiq olunacaq.

Bu barədə Moderator.az-a DDLA-dan məlumat verilib.

Bildirilib ki, yeni qaydaya əsasən gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsi üçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfə ödənişsiz iştirak etmək hüququ olacaq.

Belə ki, beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlara görə komandir heyəti vəzifələri üzrə 25 manat, sıravi heyət vəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq.

Sözügedən tələblər Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq tətbiq edilir.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə məbləğlər təsdiqlənib.

Hazırda xidməthaqqılarını yalnız "Azərpoçt" MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsilə ödəmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью