Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 62 imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya mərkəzinə göndərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdir.
18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.
Yollayışla təmin olunanlar xəstəliklərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcəklər.