“İMZA” nın rəhbər heyəti Ümummilli Liderin məzarını ziyarət edib

11.05.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İMZA” - Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbər heyəti, kollektivin üzvləri və könüllüləri ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
Görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, Vətənə və millətə xidmət ideallarını özü üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirmiş “İMZA”çıların adından böyük siyasətçinin məzarı önünə əklil və gül dəstələri qoyulub. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью