İmzanı atdıqdan sonra gəlini necə öpdüsə... Məşhurlar toyda

20.10.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Türkiyəli aktyor Serhan Onat və Merve Küsmenoğlu 10 illik münasibətlərini rəsmiləşdirərək ailə qurublar.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toy mərasimi İstanbulun Mecidiyeköy səmtində yerləşən “DasDas” məkanında keçirilib.

Toyda çoxsaylı məşhurlar iştirak ediblər. Aktyor Cansel Elçin mərasimdə simvolik olaraq nikah məmuru rolunu canlandırıb. Serhan Onatın yaxın dostu, müğənni Keremcem isə romantik mahnı ifa edərək gecəyə xüsusi ab-hava qatıb.

Yeni evlənən cütlük Keremcemin ifası altında rəqs edərək xoşbəxt anlarını qonaqlarla bölüşüb.

Toydan əvvəl jurnalistlərə açıqlama verən Serhan Onat və Merve Küsmenoğlu həyəcanlı olduqlarını bildiriblər:

“Çox həyəcanlıyıq. Dostlarımızın uzun müddətdir gözlədiyi bir gün idi. Bu gecə möhtəşəm əyləncə olacaq”. Serhan Onat münasibətlərinin uzun illərdir davam etdiyini vurğulayaraq “Survivor” yarışmasından sonra hər kəsin onun Merveyə olan sevgisindən xəbərdar olduğunu deyib.

Toyda iştirak edən məşhur aktyor Kubilay Aka da cütlüyün xoşbəxtliyindən danışıb:

“İllərdir şahidi olduğumuz münasibətdir. Onların bir-birinə ‘hə’ deməsini izləmək çox xoşdur”.

Onu da qeyd edək ki, imzadan sonra bəy gəlini necə ehtirasla öpübsə, hamının diqqətini çəkib. Aktrisa Hande Doğandemir isə dostlarına xoşbəxtlik arzulayıb. Jurnalistlərin “Cehiziniz hazırdırmı?” sualına gülərək “Əlbəttə, hazırdır” cavabını verib.

Mərasimdə mahnı ifa edən Keremcem yeni layihələrindən də söz açıb. O, hazırda ağ-qara formatda festival filmi üzərində çalışdıqlarını açıqlayıb.

49 yaşlı müğənni indiyədək saçlarını boyatmadığını və estetik əməliyyat etdirmədiyini də bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью