Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Xəbər saytın hər bir oxucusuna aydın olmalıdır".
Bu sözləri Oxu.Az saytının baş redaktor müavini Fərid Novruzov "Report" Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
F.Novruzov qeyd edib ki, hətta mövzudan xəbərdar olmayan hər bir oxucu ilk andan yazının mahiyyətini dərk etməlidir: "Əgər siz özünüz xəbəri oxuyub anlaya bilmirsinizsə, deməli, oxucu da məlumatı qavraya bilməyəcək.
İnformasiyanın vacib məqamlarını və mahiyyətini çatdırmaq çox əhəmiyyətlidir.
Yaşadığınız ərazidə mövcud olan sosial, məişət problemlərini də unutmamalısınız.
Xəbərlər rəngarəng olmalı, press-relizlər isə yığcam hala gətirilməlidir. Tərcümədə isə sərbəstliyə yol verilə bilər.
Hər şey gündəmdən və redaksiya siyasətindən asılıdır". Baş redaktorun müavini süni intellektin müasir mediaya təsirindən də danışıb.
"Süni intellektdən jurnalistikada geniş istifadə edilir, tərcüməyə, foto və mətnlərin yaradılmasına yardım edir.