Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“525-ci qəzet”in əməkdaşı İlqar Tağıyevin altı günlük xəstəxana həyatı başa çatıb. O, keçirdiyi əməliyyatdan sonra evə buraxılıb.
İlqar Tağıyev sosial şəbəkə hesabında əməliyyatdan sonrakı vəziyyəti barədə məlumat verib, müalicəsi müddətində onunla maraqlanan, zəng edən və səhhətinə görə narahatlıq keçirən hər kəsə təşəkkürünü bildirib.
Jurnalist xüsusilə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyinə, həkimlərinə və tibb heyətinə minnətdarlığını ifadə edib. O, həkimlərin vaxtında müdaxiləsi və peşəkar yanaşması sayəsində ciddi ürək zədəsi almadan əməliyyatdan çıxdığını qeyd edib. İlqar Tağıyevin sözlərinə görə, müdaxilə zamanı ona bir stent və bir balon tətbiq olunub.
Jurnalist paylaşımını insanlara ürək sağlamlığının qayğısına qalmaq çağırışı ilə tamamlayıb:
“Ürəyinizi qoruyun!”
P,S. İlqar Tağıyevə şəfa diləyir, tezliklə sağlamlığına tam qovuşmasını arzulayırıq.