İnam Kərimov Gürcüstana GETDİ

09.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov dekabrın 9-da Gürcüstanın paytaxtı Tbilisiyə işgüzar səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində İnam Kərimov Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edib.

Ali Məhkəmə sədrini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

İnam Kərimov Tbilisidə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью