İnam Kərimov Gürcüstana getdi Foto

09.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ali Məhkəmənin sədri İnam Kərimov Gürcüstana işgüzar səfərdədir.

Axar.az xəbər verir ki, o, Tiflisdə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib.

Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları da iştirak ediblər.

İ.Kərimov Gürcüstanın Ali Məhkəməsində görüş keçirəcək. Görüşdə Azərbaycan və Gürcüstanın məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью