İnam Kərimov Gürcüstana işgüzar səfər edib

09.12.2024

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov dekabrın 9-da Gürcüstanın paytaxtı Tbilisiyə işgüzar səfər edib.

Mia.az xəbər verir ki, səfər çərçivəsində İnam Kərimov Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edib.

Ali Məhkəmə sədrini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

İnam Kərimov Tbilisidə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur(Report).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью