Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də keçirilmiş Laçın Zirvə görüşündə vurğulad
Belə ki, həm Azərbaycan Respublikasının ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə üç ölkənin liderləri mütəmadi olaraq gö
Azərbaycanın bölgədəki hakim gücü, ən əsas da güclü müttəfiq və qardaşlıq dəstəyi Laçında nümayiş olundu.
Bölgənin iqtisadi və siyasi gücü sayılan Azərbaycanın dünya gücləri sayılan Pakistan və Türkiyə ilə Laçındakı əzələ nümayişi ilk əvvəl bölgədəki duruma “əl qoymaq istəyənləri” xəbərdar etmək siqnalı idi.
Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısıdır, öz enerji resurslarını Türkiyə vasitəsilə Avropaya tədarük edir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr bu əməkdaşlığın əsasını təşkil edir.
2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb.
Hər gün genişlənən enerji əlaqələri Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə - İğdır-Naxçıvan qaz kəmərinin reallaşması ilə yekunlaşıb.