Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
İtaliyanın "Yuventus" klubu Mikele Di Qreqorionun inamsız çıxışlarından sonra bu yay yeni qapıçı transfer etmək qərarına gəlib.
QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Turin təmsilçisinin əsas hədəfi "Milan"ın qapıçısı Mayk Menyandır. Həmçinin İngiltərənin "Tottenhem" klubunda çıxış edən Qulyelmo Vikario da əsas namizədlər siyahısında yer alır.
Bildirilir ki, "Yuventus" rəhbərliyi ilə Menyan arasında artıq ilkin müzakirələr baş tutub.