Icma.az, Olke.az portalına istinadən məlumat yayır. Cazibə qüvvəsinin 12 avqust 2026-cı ildə qəfildən yox olacağı iddiası sosial mediada gen
İddianı dəstəkləyənlərin fikrincə, cazibə qüvvəsinin itməsi nəticəsində yaranan dağıntı 40 milyondan çox insanın ölümünə səbəb olacaq.
Ölkə.az "Daily Mail"ə istinadən xəbər verir ki, sui-qəsd nəzəriyyəçiləri 2024-cü ilin noyabr ayında sızdırıldığı iddia edilən "Project Anchor" adlı gizli NASA sənədində əksini tapıb.
Sənəddə qeyd olunub ki, cazibə qüvvəsinin itməsi 40 milyondan çox insanın ölümünə səbəb olacağı iddia edilir.
Qlobal fəlakətin mənzərəsini əks etdirən paylaşımlar milyonlarla istifadəçi arasında tez bir zamanda çaxnaşmaya səbəb olub.
NASA kosmik agentliyin sözçüsü “Snopes”-ə verdiyi müsahibədə qəti şəkildə bildirib ki, cazibə qüvvəsi 12 avqust 2026-cı ildə yox olmayacaq.
Bildirilir ki, planetin cazibə qüvvəsi onun fiziki kütləsindən birbaşa asılıdır.
Cazibə qüvvəsinin yox olması üçün qabıqdan nüvəyə, okeanlardan atmosferə qədər bütün kütlə sisteminin bir anda yox olması lazımdır.