Olke.az saytına istinadən Icma.az xəbər verir. Avstraliyalı tədqiqatçılar dünyanın əks tərəfindəki okean fırtınalarının Yer kürəsinin dərinl
"Ölkə.az" Qaynarinfo-ya istinadla xəbər verir ki, okean sularının yer qabığı ilə qarşılıqlı təsiri nəticəsində yaranan mikroseysmik dalğalar
Avstraliya Milli Universitetindən seysmoloq Hrvoje Tkalçik deyib: "Araşdırmamız bu mikroseysmik dalğaları Avstraliya altındakı yer strukturl
"Science Alert"in xəbərinə görə, qış aylarında Atlantik okeanında baş verən güclü fırtınalar zamanı yaranan nəhəng səs dalğaları Yer kürəsin
Lakin Avstraliyanın səssiz və əhalisiz bölgələrində yerləşdirilən xüsusi sensor qurğuları sayəsində bu zəif titrəyişlər qeydə alınıb.
Tədqiqatın həmmüəllifi Abhay Pandey bu prosesi belə izah edir: "Bu siqnallar o qədər zəifdir ki, onları tək bir sensorla qeydə almaq mümkün deyil.
Buna görə xüsusi olaraq hazırlanmış cihazlardan istifadə etməliyik" Alimlər izlədikləri siqnalların Qrenlandiya və Nyufaundlend yaxınlığındakı okean sularında, xüsusilə də qış fırtınaları zamanı meydana gəldiyini müəyyən ediblər.
Pandey və Tkalçik hesab edirlər ki, bu yeni metod yalnız Yer kürəsinin daxili quruluşunun öyrənilməsinə deyil, gələcəkdə digər planetlərin daxili geoloji xüsusiyyətlərinin araşdırılmasına da tətbiq oluna bilər.