İnanılmaz ov üsulu: Sazan balığını əli ilə tutdu VİDEO

23.11.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bir balıqçının qeyri-adi ov üsulu sosial şəbəkələrdə böyük maraq doğurub. 

"Yeni Sabah" xəbər verir ki, o, əlindəki yumurtadan istifadə edərək daşın altında gizlənmiş sazan balığını tutmağa nail olub.

Hadisənin görüntüləri mobil telefon kamerası ilə qeydə alınıb və qısa müddətdə sosial mediada minlərlə baxış yığaraq gündəm olub.

Görüntülərdə balıqçının əvvəlcə yumurtanı suya ataraq balığın diqqətini cəlb etdiyi əks olunur. Balıq yumurtaya doğru hərəkət edərkən balıqçı fürsətdən istifadə edərək daşın altını qaldırıb balığı əlləri ilə tutur. Təəccüb doğuran bu ustalıq izləyicilərin heyranlığına səbəb olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью