İnanılmaz: “Qarabağ”a görə 73025 adam...

06.10.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti sosial şəbəkə hesabında maraqlı xəbər yayıb. Belə ki, “Qarabağ” – “Kopenhagen” oyununun keçirildiyi gün, yəni oktyabrın 1-də metropoltenin “Gənclik” stansiyasının xidmətindən73025 sərnişin yararlanıb. “Gənclik” bu nəticə ilə bu il ilk dəfə günün lideri olub. Ümumilikdə oktyabrın ilk günündə Bakı metropolitenindən 802 min 813 sərnişin istifadə edib.
2025-ci ildə “Gənclik” stansiyasında yalnız bir dəfə səfər sayı 70 mini keçmişdi. Dərslərin açıldığı gün, yəni sentyabrın 15-də bu stansiyanın xidmətindən 70843 sərnişin yararlanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью