İnanıram ki, bu dəfə də Neftçi yə qalib gələcəyik Emmanuel Hakman

25.11.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İnanıram ki, bu dəfə də "Neftçi"yə qalib gələcəyik" - Emmanuel Hakman

“Oyun çox çətin keçdi. Qələbə qazanmağı çox istəyirdik. Lakin alınmadı. Gücümüz yalnız 1 xala çatdı”. 

QOL.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakman Misli Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirilən oyun barədə danışarkən deyib. 

O bildirib ki, matçın gedişində hesabda geri olduqları üçün bir xal heç də pis nəticə deyil: “Məqsədimiz qələbə qazanmaq idi. Meydana da bunun üçün çıxmışdıq. İlk hissədə qapımızda qol gördük. Birinci 45 dəqiqədə oyun tam istədiyimiz kimi keçmədi. Lakin fasilədən sonra üstünlüyü ələ aldıq, sona yaxın hesabı bərabərləşdirdik. Təəssüf ki, ikinci qolu vurmaq mümkün olmadı”. 

Toqolu müdafiəçi hücumda hər şeyin alınmadığını söyləyib: “Oyun baxımından çatışmazlıq olduğunu deməzdim. Komanda şəklində qələbə üçün mübarizə apardıq. Sadəcə bir qədər hücumları sonlandırmaq çatışmırdı”.

Son iki turda qələbə qazanmamalarına baxmayaraq, Hakman hədəflərindən uzaqlaşmadıqlarını vurğulayıb: “Sona qədər çempionluq uğrunda mübarizə apacağıq. Rəqiblərimiz güclü olsa da, əlimizdən gələni edəcəyik. Qarşıya qoyulan hədəfə çatacağımıza inanıram”. 

30 yaşlı futbolçu növbəti turda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan da danışıb: “Neftçi”ni öz meydanımızda qəbul edəcəyik. Ev oyununda azarkeşlər bizə əla dəstək verirlər. Məqsədimiz qələbə qazanmaqdır. İlk dövrədə “Neftçi”ni məğlub etmişdik. İnanıram ki, bu dəfə də 3 xal qazanmağı bacaracağıq. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью