Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda "Çelsi"ni qəbul edəcək. Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb İngiltərə nəhəngi ilə görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çempionlar Liqasının turnir cədvəlində "Çelsi" 11-ci, "Qarabağ" 13-cü yerdədir. Əlbəttə, İngiltərə nəhəngi ilə oynamaq çətin olacaq. Amma turnir cədvəli baxımından bu qarşılaşmadan xal və ya xallar götürmək vacibdir. Müdafiədə fərdi səhvlər etməsək, inanıram ki, ən azı 1 xal qazanmaq olar. Qonaq komanda əlavə təqdimata ehtiyacı olmayan, sürətli futbola üstünlük verən kollektivdir. Aydın məsələdir ki, yüksək temp bizə problemlər yarada bilər. Lakin mümkünsüz heç nə yoxdur. Ümid edək ki, "Qarabağ" çox güclü rəqibindən 1 xal alaraq bizi sevindirəcək".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək.
Nihat