Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda bu gün “Ayaks”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça saat 21:45-də start veriləcək.
Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Futbolpress.az”a açıqlamasında Azərbaycan təmsilçisinin şanslarını dəyərləndirdi:
“Qarabağ“ı daha şanslı sayıram. “Ayaks” əvvəlki komanda deyil. Oynadıqları çempionat bizimkindən qat-qat üstündür. Buna görə çətin olacaq. Amma “Qarabağ“ın öz üslubu var. Buna görə komandanın qələbə şansları böyükdür. Xüsusilə, müdafiədə diqqətli olmaq lazımdır. İnanıram ki, “Qarabağ” şanslarından maksimum istifadə edəcək”.
“Qarabağ” Çempionlar Liqasında 7 xalla 21-ci sıradadır. Xalı olmayan “Ayaks” isə sonuncudur.
Şahin Cəfərov