Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçirəcəkləri səfər oyunundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, çətin rəqiblə qarşılaşacaqlarını bildirib.
“Bizim üçün çox vacib səfər matçıdır. Köhnə, tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadionda olub. İnanıram ki, qələbə qazanmaq üçün futbolçular əllərindən gələni edəcəklər. Sabah səhər məşqimiz var. Komandanı hazırlamağa çalışacağıq. İnanıram ki, futbolçuların təcrübəsi özlərini idarə etməyə yetəcək”, - deyə Q.Qurbanov vurğulayıb.