“İnanıram” monotamaşası Akademik Musiqili Teatrın səhnəsində təqdim olunub AZƏRTAC | Icma.…
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 18 dekabr, AZƏRTAC Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində
İllər öncə gənc alim qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək bir ağac görür.
Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır.
Hətta körpəni belə bu ağaca bənzədir. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. Oğlunu şəhərdə böyüdür.
Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin.
İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur.
Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac.
Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.Müəllif əsəri müharibədə oğlunu itirmiş analara ithaf edib.
Tam oxu
Xəbəri oxu