“İnanıram” tamaşası nümayiş olundu

28.09.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

27 sentyabr Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Anım Günü münasibətilə Vətən müharibəsinə həsr olunan “İnanıram” adlı tamaşa nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşadan əvvəl torpaqlarımızın azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tamaşanın nümayişinə başlanılıb.

Ülviyyə Heydərovanın “İnanıram” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti isə Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını Zemfira Əbdülsəmədova canlandırır.

Səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir.
Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.

Azərbaycan ədəbiyyatına aid əlyazmalar aşkarlandı “Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur Ahmet Ümitin yeni kitabı nəşr olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью