İnanırıq ki, Rusiya bizi buna məcbur etməyəcək Rubio

11.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ ümid edir ki, Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə ehtiyac qalmayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Bu məqamda hər kəsə aydın olmalıdır ki, ABŞ-ın Rusiya tərəfinə də təsir etməyə imkan verən vasitələri var. Bununla belə, ümid edirik ki, vəziyyət bu həddə gəlib çatmayacaq”, - o bildirib.

Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın məqsədi münaqişədən çıxmaq üçün hər iki tərəfi, Moskva və Kiyevi danışıqlar masasına çəkməkdir:

“Trampın antirusiya məhdudiyyətlərinin daha da sərtləşdirilməsinin mümkünlüyü ilə bağlı son şərhləri hər şey dağılacağı təqdirdə ABŞ-ın alətlərinin olduğunu xatırladır. Amma ümid edirik ki, bu baş verməyəcək. Həqiqətən ümid edirik. Ümid edirik ki, bu, belə olmayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью