İncəsənət xadimlərimiz Aşqabadda belə qarşılandılar Fotolar

05.06.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti artıq Türkmənistanın paytaxtı Aşqabad şəhərinə çatıb.

Axşam.az xəbər verir ki, Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək mədəniyyət və incəsənət xadimləri, yaradıcı kollektivlər və sənət adamları Aşqabad Beynəlxalq Hava Limanında səmimi və qonaqpərvərliklə qarşılanıblar.

Hazırda konsert proqramları, sərgilər və digər tədbirlərlə bağlı son hazırlıq işləri aparılır. Qarşıdakı günlərdə Azərbaycan musiqisi, milli rəqsləri, xalçaçılıq, kəlağayı və digər sənət nümunələri qardaş Türkmənistan ictimaiyyətinə təqdim olunacaq.

Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən Mədəniyyət Günlərinin zəngin və yaddaqalan proqramla yadda qalacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью