İncirlikdəki NATO bazasında cinsi qısnama iddiası

06.10.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Adana şəhərində İncirlik aviabazasında ABŞ-li hərbçi qadına qarşı cinsi qısnama etdiyi iddia olunan iki nəfər saxlanılıb.

Bu barədə  Bakıvaxtı.az NTV.com.tr-yə istinadən məlumat verir.

Məlumata görə, Adanada 10-cu Əsas Aviasiya Komandanlığında xidmət edən ABŞ-li hərbçi qadın bazanın yaxınlığındakı əyləncə məkanına gedib. Bir müddət sonra 41 və 47 yaşlı iki kişi qadınla yaxınlıq qurmağa çalışıblar.

Hərbçi qadın onlardan uzaqlaşmağa çalışıb, lakin cinsi qısnamaya məruz qalıb. Daha sonra o, İncirlik Polis İdarəsinə gedərək şikayət ərizəsi yazıb.

Polis qrupları şübhəlilərin ələ keçirilməsi üçün əməliyyata başlayıb və nəticədə hər iki şəxs İncirlik Hürriyet məhəlləsindəki Atatürk küçəsində polis qrupları tərəfindən saxlanılıb.

İfadələri alınan kişilər daha sonra sərbəst buraxılıblar. Hadisə ilə bağlı istintaq davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью