İndi ABŞ a kim güvənə bilər? Zərif

29.08.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Avropa əvvəlcə müharibəyə, sonra diplomatiyaya, daha sonra isə mübahisənin həlli mexanizminə müraciət edir. Bunlar pis niyyətin əlamətləridir.

Axar.az xəbər verir ki, bu sözləri İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Bütün bunların səbəbi işğal və ayrıseçkilikdir, Fələstində soyqırımdır. Məsələ İran deyil, İsrailin fələstinlilərə tətbiq etdiyi zülmdür. İsrail əsas məsələni yayındırmağa çalışır və bunu İran vasitəsilə edir. İrana qarşı hücum prezidentin sülhü təmin etmə yolu deyildi. Müzakirələrin ortasında İranı bombalamaq nə deməkdir? İndi ABŞ-a kim güvənə bilər? Bundan sonra ABŞ-la kim müzakirə etməyə çalışacaq?”, - Zərif bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью