“İndi Azərbaycan millisinin azarkeşlərinin məyusluğunu dilə gətirmək vaxtıdı”

27.03.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Ölkəmizin əsas yığması ötən gün evdə Belarusa 0:2 hesabıyla uduzdu.
Belarusun pressball.by saytının yazısından bir parça:

“Novruz bayramını korladığımız, oyundan sonra baş məşqçiləri istefaya çağrılan Tacikistan millisi haqda danışdıq. İndi Azərbaycan millisinin azarkeşlərinin məyusluğunu dilə gətirmək vaxtıdı”.

Saytda azarkeşlərin şərhlərini paylaşaraq məsxərəyə qoyublar. Seymur Novruzov ad-soyadlı azarkeşin Fransa ilə dünya çempionatının seçmə mərhələ oyunu üçün yazdığı “Paris faciəsiolacaq” şərhindən tutmuş, Əli Sultanovun 10:0 antirekordunun yenilənməsindən qorxmasına, Teyyub Bakınski nikli izləyicinin texniki məğlubiyyət tərəfdarı olmasına qədər hər şeyi paylaşıblar.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью