“İndi bir çox futbolçu PSJ yə keçmək istəyir”

15.08.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

PSJ-nin baş məşqçisi Luis Enrike klubun transfer siyasəti barədə danışıb.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının oyun modelinə uyğun futbolçu tapmağın çətin olduğunu bildirib:

“Hazırda bir çox futbolçu PSJ-yə keçmək istəyir. Lakin tələblərimizə həqiqətən cavab verən oyunçuları tapmaq çox çətindir. Bir çoxunda bizim oyun modelimiz üçün lazım olan keyfiyyətlər yoxdur.

Hər futbolçunun komandaya qoşulması üçün ciddi iş görülür. PSJ-də bütün tərəflərlə danışıqlar aparmaq üçün ən yaxşı mövqedəyəm. Amma bu barədə yalnız transfer pəncərəsi bağlandıqdan sonra danışa bilərəm”.

“Tottenhem”lə vidalaşdı Avropa çempionu karyerasını başa vurub İngiltərə millisinin sabiq qapıçısı vəfat edib PSJ-dən 55 milyonluq transfer - “Ayaks”la razılıq əldə olundu "Qalatasaray"da ayrılıq - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью