Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının mərkəzində, dar səkilərin və nizamsız park edilmiş avtomobillərin əhatəsində olan o köhnə küçəni yəqin ki, çoxunuz xatırlayırsınız. İndi isə həmin məkana baxdıqda gözlərinizə inana bilməyəcəksiniz, çünki Bakının ən qədim hissələrindən biri sanki yenidən doğulub.
Demokrat.az xəbər verir ki, paytaxtın tarixi İslam Səfərli küçəsi aparılan genişmiqyaslı yenidənqurma işlərindən sonra tamamilə piyadaların ixtiyarına verilib.
Küçədəki dəyişikliklər təkcə vizual deyil, həm də infrastruktur baxımından köklüdür. Artıq avtomobillər buradan yığışdırılıb və tarixi binaların əzəməti daha aydın görünməyə başlayıb. İslam Səfərli küçəsi həm də Qış bulvarı ilə eyni səviyyəli piyada keçidi vasitəsilə birləşdirilib ki, bu da şəhərin iki mühüm ictimai məkanını bir araya gətirib. Küçə boyu yeni ağaclar əkilib, müasir skamyalar qoyulub və döşəmə tamamilə yenilənib. Maraqlı məqamlardan biri odur ki, əkilən ağaclar müəyyən hissələrdə "yaşıl tunel" effekti yaradır.
Layihə çərçivəsində İslam Səfərli küçəsinə birləşən bəzi kəsmə küçələrdə isə "ortaq küçə" prinsipi tətbiq olunub. Burada avtomobillərin hərəkəti mümkün olsa da, xüsusi daş örtüyü piyadaların üstünlüyünü bir daha vurğulayır. Küçənin mühüm memarlıq abidələrindən olan və Bakıda ilk dəfə elektrik enerjisi verilən ictimai bina – "Fantaziya hamamı" da bu ərazidə yerləşir.
Mövzu ilə bağlı videoda deyilir: "Bakının ən gözəl tarixi mərkəz küçələrindən biri nəhayət piyadalaşdırıldı. Avtomobillər buradan yığışdırılandan sonra gözəl tarixi binalarla dolu küçəni rahat piyada gəzə biləcəksiniz. Ağaclar kifayət qədər sıx əkilib, bəzi yerlərdə belə yaşıl tunel effekti yaranıb. İslam Səfərli küçəsindən Qış bulvarına bu cür eyni səviyyəli piyada keçidi də təşkil edilib. Beləliklə, Bakının iki vacib ictimai məkanı əlçatan şəkildə birləşdiriləcək".
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az xəbər verir ki, paytaxtın tarixi İslam Səfərli küçəsi aparılan genişmiqyaslı yenidənqurma işlərindən sonra tamamilə piyadaların ixtiyarına verilib.
Küçədəki dəyişikliklər təkcə vizual deyil, həm də infrastruktur baxımından köklüdür. Artıq avtomobillər buradan yığışdırılıb və tarixi binaların əzəməti daha aydın görünməyə başlayıb. İslam Səfərli küçəsi həm də Qış bulvarı ilə eyni səviyyəli piyada keçidi vasitəsilə birləşdirilib ki, bu da şəhərin iki mühüm ictimai məkanını bir araya gətirib. Küçə boyu yeni ağaclar əkilib, müasir skamyalar qoyulub və döşəmə tamamilə yenilənib. Maraqlı məqamlardan biri odur ki, əkilən ağaclar müəyyən hissələrdə "yaşıl tunel" effekti yaradır.
Layihə çərçivəsində İslam Səfərli küçəsinə birləşən bəzi kəsmə küçələrdə isə "ortaq küçə" prinsipi tətbiq olunub. Burada avtomobillərin hərəkəti mümkün olsa da, xüsusi daş örtüyü piyadaların üstünlüyünü bir daha vurğulayır. Küçənin mühüm memarlıq abidələrindən olan və Bakıda ilk dəfə elektrik enerjisi verilən ictimai bina – "Fantaziya hamamı" da bu ərazidə yerləşir.
Mövzu ilə bağlı videoda deyilir: "Bakının ən gözəl tarixi mərkəz küçələrindən biri nəhayət piyadalaşdırıldı. Avtomobillər buradan yığışdırılandan sonra gözəl tarixi binalarla dolu küçəni rahat piyada gəzə biləcəksiniz. Ağaclar kifayət qədər sıx əkilib, bəzi yerlərdə belə yaşıl tunel effekti yaranıb. İslam Səfərli küçəsindən Qış bulvarına bu cür eyni səviyyəli piyada keçidi də təşkil edilib. Beləliklə, Bakının iki vacib ictimai məkanı əlçatan şəkildə birləşdiriləcək".
A post shared by Anar Aliyev • İnsan yönümlü şəhərlər (@city4people.az)
Demokrat.az